HAQQIMIZDA

ŞİRKƏT HAQQINDA

"AMPresto" mebel Sizi salamlayır!


Bizim şirkət sifarişli mebellərin hazırlanması ilə məşğul olur. Şirkətimiz mebel sifarişi sektorunda mütəxəssislərin cəmləşdiyi, kifayət qədər tanınmış və bəyənilən bir şirkətdir. Xidmətlərimizin sirasında Şkaf-kupe, Mətbəx mebeli, Qarderob otaqları, Yataq dəstləri, Uşaq otağı, Arakəsmələr, TV Stend və s. kimi mebellərin hazırlanması mövcuddur. Saytımızın Portfolio səhifəsində artıq bizim professional ustalarımız tərəfindən görülən işlərin şəkillər toplusuna nəzər yetirə bilərsiniz. Dəyərli müştərilərimiz tərəfindən qarşımıza qoyulan tələblərin hər birini biz yüksək keyfiyyəti təmin edərək həyata keçiririk. Bu məhsuların hər biri – orginal fikirlərin, individual layihələndirmənin və hər bir detala yetirilən xüsusi qayğının nəticəsidir.


Şirkətimiz qənaətcil seriyadan tutmuş premium seriyasına qədər, unikal dizaynda və üstün keyfiyyətdə olan, hər çətinlikdə və hər dizaynda sifarişli mebellərin hazırlama potensialına sahibdir. Bizdən sifariş etdiyiniz bütün mebellərin emalatı fabrik şəraitində həyata keçirilir, bu da məhsulların keyfiyyətli və uzunömürlü olmasına zəmanət verir. Bizim incə zövqlü dizaynerlərimiz, Sizin xüsusi tələblərinizi nəzərə alaraq, muasir üslubda olan dizayn tərtibatında köməklik göstərəcək, professional usta heyətimiz isə bu incəlikləri məharətlə həyata keçirmək imkanına malik olduqları üçün bu fikirləri sizin üçün reallaşdıracaqlar..


Əsas prioritetimiz - qiymət yox, KEYFİYYƏTDİR !


Zəng edib sifariş edin, əmin ola bilərsiniz ki, bizdən razı qalacaqsınız! Biz Sizin zənglərinizi gözləyirik! ÇATDIRILMA VƏ QURAŞDIRILMA PULSUZDUR !!!

Paylaş